Prezident administrasiya rəhbərinin istefasını qəbul etmədi

3 Dekabr 2013 08:41 (UTC+04:00)

Ukrayna prezidenti Viktor Yanukoviç Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkinin istefasını qəbul etməyib.

AzNews.az xəbər verir ki, Levoçkin istefa ərizəsinin qəbul edilmədiyini deyib.

Onun sözlərinə görə, prezident bu məsələyə ölkədə vəziyyət stabilləşəndən sonra baxılacağını vurğulayıb. Levoçkin vəzifəsinə davam edəcəyini deyərək "İndi mənim vəzifəm vəziyyətin dinc yolla stabilləşdirilməsi üçün çalışmaqdır" deyə vurğulayıb.

Qeyd edək ki, administrasiya rəhbəri "Avromeydan"da aksiyaçılara qarşı zor tətbiq edilməsinə etiraz olaraq istefa vermişdi.

Hakim Regionlar Partiyasının deputatları- İnna Boqoslobskaya, David Jvaniya və Nikolay Rudkovski də istefa verib.

Elnarə
AzNews.az