Riqada Azərbaycanı bu qız təmsil edəcək
3 Dekabr 2013 11:47 (UTC+04:00)
Dekabrın 7-də Latviyanın paytaxtı Riqada "Miss Top of the World-2013" beynəlxalq  model müsabiqəsinin finalı keçiriləcək. 
Yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edəcək. 
Bu haqda xəbəri "High Life Fashion & Model Academy"nin direktoru Aqil Məmiyev verib. 
O bildirib ki, 22 yaşlı modelimiz artıq 2 gündür Riqadadır. 
Müsabiqədə dünyanın 18 ölkəsindən qızlar iştirak edir.
AzNews.az