Sumqayıtda silah-sursat aşkarlandı

3 Dekabr 2013 12:25 (UTC+04:00)
Sumqayıtda silah-sursat aşkarlanıb.

AzNews.az-ın Daxili İşlər nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ əməkdaşları tərəfindən S.Vurğun küçəsinin dəniz kənarında 3 ədəd "F1", 1 ədəd "RQD-5" qumbarası, 2 ədəd ov tüfəngi, 1 ədəd pnevmatik tapança və onun darağı, 1 ədəd süngü bıçaq, 1 ədəd ov tüfənginin qundağı, 2 ədəd ov tüfənginin çaxmağı, 2 ədəd ov tüfənginin alt tutacağı, 1 ədəd tank əleyhinə mərmi və 59 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

AzNews.az