Elmar Məmmədyarov Brüsselə getdi

3 Dekabr 2013 15:06 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-də keçiriləcək iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə yola düşüb.

AzNews.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olaraq, habelə ISAF əməliyyatlarına verdiyi əhəmiyyətli töhfələrə görə təşkilatın yeni missiyasında potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.

AzNews.az