100-dən çox maşın toqquşdu: ölən və yaralanalar var - FOTO

3 Dekabr 2013 18:16 (UTC+04:00)
Belçikada 3 qəza nəticəsində 100-dən çox minik və yük avtomobili toqquşub. Lent.az-ın xəbərinə görə, hadisə nəticəsində görünməmiş tıxac yaranıb.

Qəzada 1 nəfər ölüb, 50-dən çoxu müxtəlif dərəcəli ağırlıq dərəcələri ilə xəstəxanalara çatdırılıb. İlkin məlumatlara əsasən, Zonnabek şəhərində baş verən qəza hava şəraiti üzündən baş verib. Sıx dumanda sürücülər önlərindəki toqquşmanı xeyli gec hiss ediblər və onlardan öncə qəzaya düşənlərə çırpılıblar.
Təcili tibbi yardım maşınları tıxaclı yolla hadisə yerinə çatmaqda çətinliklə üzləşiblər. Helikopterlər isə dumanda uçmayıblar. Hadisə yerinə özlərini çatdıran xilasedicilər zərərçəkənlərə adyal və isti əşyalar veriblər. Çünki Belçikada temperatur 0-a enib.
Şossedə hərəkət müvəqqəti dayandırılıb. Təcili xidmət maşınları yolu 3 km-lik yol kəsiyinədək səpələnmiş qəzalı avtomobillərdən təmizləyirlər.


AzNews.az