“Əl-Qaidə”çi namızəd verildi – Video

3 Dekabr 2013 19:03 (UTC+04:00)
Türkiyənin Baş naziri R.T.Ərdoğan bu gün partiyasının toplantısında bələdiyyə sədrliyinə namizədlərinin adlarını açıqlayıb.

"Əl-Qaidə" məhkəməsində hakim qarşısına çıxan və iki ay həbsdə qalan Osman Gülaçar hal-hazırda AKP-nin Van bələdiyyə sədrliyinə namizədidir.
Osman Gülaçar, 15 oktyabr 2009-cu ildə Van Polis idarəsinin terrorla mübarizə şöbəsinin əməliyyatı nəticəsində yaxalanmışdı.
Gülaçar məhkəmədə "Əl-Qaidə"nin Vandakı "məsul" şəxsi olmaqla günahlandırılmışdı.
Gülaçar Vanda şəriətçi fikirləri ilə tanınır. Bir çox yığıncaqlarda "yəhudilər və xristianlarla dost olmayın, onların arxasınca getməyin, yəhudilər sizin düşməninizdir" ifadələrindən istifadə edir.

Videonu təqdim edirik:




AzNews.az