Bakıda ağır yol qəzası: yaralılar var
3 Dekabr 2013 21:02 (UTC+04:00)
Bu gün axşam saat 21-radələrində Bakının Badamdar qəsəbəsində zəncirvari qəza baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Qurd qapısına yaxın ərazidə qeydə alınıb. "Şaqman" tipli yük maşının üç minik maşınına ağır xəsarət vurub, ağır yaralılar var.
Xəsarət alan minik maşınları "Hyundai", "Mercedes" və "Daewoo" markalı avtomobillər olub. Hazırda hadisə yerində FHN-in xilasediciləri işləyir. Onlar "Daewoo" avtomobili qaynaqla kəsərək ağır yaralını içəridən çıxarmağa çalışırlar.
AzNews.az