Sanksiyalar götürülsə İran neft ixracını artıracaq
3 Dekabr 2013 21:39 (UTC+04:00)
Tehrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalar götürüldükdən dərhal sonra İran neftin ixracını gündəlik 4 mln. barelədək artıra biləcək.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatla ötən gün Vyanada, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) toplantısından öncə İranın neft naziri Bican Zanqaneh bəyan edib.
Xatırladaq ki, Tehran və "altılıq" ölkələrinin XİN rəhbərləri arasında Cenevrədə əldə olunan razılaşmaya əsasən, İran nüvə proqramı çərçivəsində fəaliyyətini səngitməli, beynəlxalq ekspertləri daha ciddi yoxlamalara buraxmalıdır, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaları isə zəiflətmək planlaşdırılır.
AzNews.az