Güclü külək ciddi fəsadlar törətdi

3 Dekabr 2013 22:17 (UTC+04:00)
Dekabrın 3-də saat 16:00 radələrindən başlayaraq əsən güclü külək Göyçay və Ağdaş rayonlarında ciddi fəsadlara səbəb olub. APA-nın məlumatına görə, 5 saatdan artıq əsən güclü küləyin təsiri nəticəsində Göyçay və Ağdaş şəhərlərinin bir hissəsində və bütün kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.

İlkin məlumata görə, hazırda Göyçay rayonunun 30-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Külək bəzi evlərin və yardımçı tikililərin üzərindəki dam örtüyünü qoparıb. Qasırğa şəklini alan külək hazırda da davam edir

AzNews.az