Azərbaycana 23 santimetr qalınlığında qar yağdı

4 Dekabr 2013 09:43 (UTC+04:00)
Ötən gündən başlayaraq respublikanın şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.

APA-nın verdiyi məlumata görə, ən çox yağıntı Qusar rayonunun Ləzə kəndi ərazisinə düşüb. Burda yağıntının miqdarı 23 santimetrə çatıb.

Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, Xızı rayonun Altıağac qəsəbəsində qarın qalınlığı 20 sm, Quba və Qusara 12 sm, Xaltan-Susay-Qonaqkəndə 15 sm, Küpçal-Təngəaltı-Qonaqkənd zonasına isə 10 sm təşkil edir.

Temperatur isə dağlıq ərazilərdə mənfi 12, dağətəyi ərazilərdə isə mənfi 5-6 dərəcəyə enib.

AzNews.az