““Azadlıq” meydanında aksiyaya imkan verilməyəcək“- Rəsmi

4 Dekabr 2013 14:40 (UTC+04:00)
"Azadlıq" meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: "Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə dekabrın 8-də "Azadlıq" meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb.

AzNews.az