Rusiya rəsmisi: “Azərbaycan Gömrük İttifaqına qoşulacaq”

4 Dekabr 2013 15:20 (UTC+04:00)
"Rusiya Azərbaycanın Gömrük İttifaqına qoşulacağına ümid edir".

APA-nın verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutski "RIA Novosti" informasiya agentliyində keçirdiyi brifinqdə deyib.

L. Slutski bildirib ki, Azərbaycan çətin şəraitdə öz iqtisadiyyatının keyfiyyətli inkişafına nail olub: "Azərbaycan geri dönüşü olmayan bir nöqtəni keçib və bir neçə il əvvəl enerji baxımından asılı olmayan dövlətə çevrilib.

Bu nöqtə o vaxtlar üçün əlçatmaz idi. Azərbaycan rəhbərliyinin qazandığı qələbələr onu göstərir ki, əhali əldə olunan nəticələri yüksək qiymətləndirir. Biz hesab edirik ki, Azərbaycan Gömrük İttifaqına qoşulacaq. Lakin bu, bir qədər gec baş verəcək, o zaman gerçəkləşəcək ki, Azərbaycan hökuməti bunun ölkə iqtisadiyyatına birmənalı müsbət təsirini hesablayacaq".

AzNews.az