Aeroportda çaxnaşma: sərnişinlər təyyarəyə minmədilər

4 Dekabr 2013 21:15 (UTC+04:00)
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün səhər havada ikən mühərrikində nasazlıq yarandığına görə Daşkənddə məcburi eniş edən "Şimal küləyi" aviakompaniyasına məxsus təyyarə nəhayət ki, Ufaya uçub.
Aviakompaniyanın əməkdaşları təyyarə uçuşa hazır olduqdan sonra sərnişinlərlə nə qədər təbliğat aparsalar da bütün sərnişinləri toplamaq mümkün olmayıb. 30 nəfər sərnişin xarab olmuş təyyarə ilə uçmaq istəməyib. Onlardan bəziləri yollarına qatarla, bəziləri isə bu gecə saat 5 Moskva reysi ilə yollarına davam etmək qərarına gəliblər.

Xatırladaq ki, Bankokdan Ufaya uçan Boinq 737 - 300 təyarəsinin havada ikən mühərriki xarab olub. Təyyarə məcburi eniş edib. Ufalılar 10 saata qədər tranzit zonada qalıblar. Sərnişinlərin bir qismi təyyarəyə qayıtmaq istəməyib, onlar təyyarənin dəyişilməsini tələıb ediblər.

Azər
AzNews.az