Elmar Məmmədyarov erməni həmkarı ilə görüşdü- Kiyevdə

5 Dekabr 2013 08:57 (UTC+04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Kiyevdə təkbətək görüş keçiriblər.

Bu barədə Trend ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsində yazdığına istinadən xəbər verir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi müzakirə edilib.

Qeyd edək ki, Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Nazirlər Şurasının iclasında iştirak etmək üçün Kiyevdə səfərdədirlər.

AzNews.az