Ukrayna xüsusi təyinatlısından tükürpədici etiraflar – Müsahibə

5 Dekabr 2013 12:35 (UTC+04:00)
"Biz yaxın zamanlarda acımızdan öləcəyik"


"Komsomolskaya pravda" qəzetinin əməkdaşı Ukrayna DİN-nin "Berkud" birləşməsinin döyüşçüsündən müsahibə alıb. DİN-nin hospitalında onunla görüşən jurnalist əlində "Müqəddəslərin həyatı" kitabı olan gənc döyüşçünü müsahibə verməyə razı sala bilib.

- Qorxmursunuz ki, onlar mənim qəzetdən olduğumu bilib sizin komandirə məlumat verərlər?


- Mən ancaq Allahdan qorxuram. Bütün bu hadisələrdən sonra monastra getməyi düşünürəm. Əvvəl də bu barədə düşünürdüm, amma indi dəqiqdir. Buna görə də qoy lap məni azad etsinlər, mənim üçün heç bir əhəmiyyəti yoxdur. Həqiqəti bilən qorxmur.

- Əgər qorxmursunuzsa, o zaman adınızı deyin.


- DİN-in "Berkut" birləşməsinin çavuşu Dmitri Perinski. "Berkut"da 2 illik iş təcrübəm var. 27 yaşındayam. Ali təhsilliyəm, ailəli deyiləm. Bundan başqa yazın ki, mən də şənbə günü meydanda olmuşam.

- Tələbələri döydüyünüz zaman? Siz bunu niyə etdiniz?


-Məsələ belə olub. Məlumat daxil oldu ki, meydanda gecələyən adamlara ultras qrupunun (futbol azarkeşi olan aqressiv millətçilər) üzvləri gedir. Əllərində dəyənək və zəncir var. Bizə əmr verildi ki, təxribatçıların qarşısını alaq, tələbələri qoruyaq. Təxribatçılar və "Berkut" meydana eyni zamanda gəldi, ancaq fərqli tərəflərdən. Zəncirlər səmtini tez dəyişdi. Bizə hücuma keçdilər.

- Ancaq tələbələr danışır ki, siz hətta qadınları da döymüsüz...

- Qadınları döyməmişik. Yazırlar ki, hamilə qadın biz döydükdən sonra xəstəxanada ölüb. Bütün bunlar hamısı siyasi oyunlardır. Meydanda təxribat lazım idi. Kiməsə bizi döyüşə çəkmək lazım idi, bundan sonra sosial şəbəkələrdə hay-küy qaldırdılar. Həkimlərin öz aralarında danışıqlarını eşidirəm. Deyirlər ki, bu vəhşiləri əməliyyat etmək istəmirəm. Uşaqlar mənim geyindiyim "Berkut" formasının geyinmək istəmirlər.

- Amma hospital qorunur...


- O qədər də yaxşı yox. Baxın siz içəri keçmisiz, başqası da keçə bilər. Məsələn, elə adamlardan ki, "Yaşasın Ukrayna! Yaşasın qəhrəmanlar" deyə bağırır. Ancaq hələ kimim qəhrəman olduğuna baxmaq lazımdır.

- Siz hər halda elə düşünürsüz ki, qəhrəman "Berkut" döyüşçüləridir?


- Yox. Bizim valideynlərdir. Mənim valideynlərim kənddə yaşayır. Qonşular onları boykot edib. Anamın arxasınca qışqırırlar ki, vəhşi böyütmüsən. Anam zəng edir, ağlayır, yalvarır ki, bu işi buraxım. Mən o demədən də bilirəm ki, bu işi buraxmağın zamanıdır. Monastra gedəcəm, yaxşı ki, hələ evlənməmişəm. Bizim xanımlar da qəhrəmandır.

- Onların də arxasınca qışqırırlar?


- Onları öldürə bilərlər, biz isə onları qoruya bilmərik.

- Hansı mənada?

- İnformasiya daxil oldu ki, bir qrup "Berkut"un yataqxanasında talan planlaşdırılır. Orda xidmət edənlərin xanımları və uşaqları vardı. Kişilər dəli oldular. Tələb edirdilər ki, onları nəinki meydandan buraxsınlar. Hətta döyüş silahı versinlər. Həm də həqiqisindən.

Rəhbərlik tələbləri qiymətləndirdi, bütün tələblər yerinə yetirildi. Ancaq yataqxana qarşısında döyüşmək lazım gəlmədi. Çünki həmin qrup gəlmədi. Ancaq 8 sutkada xanımlar ərlərinə pəncərədən baxa bildilər. Təsəvvür edin, ər Kiyevdədir, ancaq sən onu 8 gün görə bilmirsən. Bu qadınlar qəhrəmandır. Amma siz hələ bizim əmək haqqının hesablayın - 4 mi qriven.

Bomjlar bizdən yaxşı yaşayır. Hətta belə olub ki, ailəyə ev veriblər, ancaq sonra "kənar döyüşçü" yerləşdiriblər. Belə də yaşayırlar. Buna görə də kimsə xüsusi təyinatlı ilə evlənmək istəyirsə, bu ancaq sevgiyə görədir. Həm də böyük sevgi. Belə qadınları həyatın bahasına qorumalısan. Biz yaxın zamanda acından öləcəyik. Düşünürsüz ki, bizi rezervdə olduğumuz bu 8 sutkada yedizdiriblər?

- Rezerv nə deməkdir?


- Bu o deməkdir ki, səni hər ehtimala qarşı çağırırlar. Və sən avtobusda yaşayırsan. Yuyunmursan, heç nə etmirsən. Bizə 2 dəfə quru yemək veriblər. Digər zamanlarda 20-30 qrivendən toplayıb bir nəfər göndərdik ki, sala, çörək, soğan alsın. Bizim qidamız budur. Amma bir dəfə biri yuxa gətirmişdi.

Biz onu elə avtobusda yedik. Bu ən yaxşı an idi. Düz yeni il kimi. Məndə hətta video da var. (Dmitri noutbuku açaraq videonu göstərir. Döyüşçülər yeyib, şənlənirlər).

- Bəs arxa plandakı nədir?


- Uşaqlar atışıb disk alıblar. Rus serialı "Apastol"a baxırlar.

- Bəs ekrandakı o adam nə edir?


- Bu bizim zampolitdir. Avropadan danışır. Deyir ki, Avropa İttifaqına daxil olan ölkələrdə dərhal problemlər başlayıb, mitinqlər, nümayişlər, barrikadalar. Əgər biz də daxil olsaq belə olacaq.

- Bəs siz nə düşünürsüz?


- Mən istəyirəm ki, ailəmə yaxşı olsun, başqa heç nə vacib deyil. Başqaları da sizə bunu deyəcək. Bir də istəyirəm ki, meydan bitsin və uşaqlar dincəlsinlər. Biz hamımız normal adamlarıq. Biz vəhşi deyilik. Niyə uşaqları, qadınları döyək? Orda bizin tanışlarımız da ola bilər. Bax, əgər rəhbərlik əmr versə ki, xalqa atəş açın, biz əmri yerinə yetirmərik və mitinqçilər tərəfə keçərik.

Tərcümə etdi: Elnarə Əlosmanqızı
AzNews.az