Suriya Türkiyə sərhəddində insan izdihamı yaşanır

10 Avqust 2012 12:07 (UTC+04:00)


Türkiyə mətbuatından verilən xəbərə görə Suriyada hökumət qüvvələri ilə silahlı müxaliflər arasında qarşıdurmanın genişlənməsi sərhədi keçənlərin sayında kəskin artıma səbəb olub. AzNews.az hurriyetdailynews.com istinadən xəbər verir ki, indiyə qədər Türkiyə sərhədlərini keçən suriyalıların sayı 53 mini ötüb. Türkiyənin sərhəd buraxılış məntəqələrində nəzarəti gücləndirməsinə baxmayaraq qaçqınların ölkəyə axışının qarşısını almaq mümkün olmur.
Hazırda sərhəd buraxılış məntəqələrində Türkiyəyə keçmək üçün minlərlə suriyalı növbə gözləyir. Buna səbəb artıq Türkiyənin suriyalı qaçqınları çadır və digər zəruri ləvazimatlarla təmin edə bilməməsidir.

Sadiq

AzNews.az