Prezident Tailand kralını təbrik etdi
5 Dekabr 2013 11:21 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyevi Tailand kralını milli bayramları münasibətilə təbrik edib.
AzNews.az-ın məlumatına görə, Tailand kralı Əlahəzrət Bhumibol Adulyadejəyə ünvanlanan məktubda bildirilib:
"Tailand Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Tailand münasibətlərinin və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
AzNews.az