Lavrovun 2 cümləlik Qarabağ açıqlaması

5 Dekabr 2013 14:00 (UTC+04:00)
Kiyevdə ATƏT-in Nazirlər Şurasının iclasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə həmişəkindən az diqqət ayırması ilə diqqəti çəkib.

AzNews.az-ın xüsusi müxbiri bildirir ki, məsələyə iki cümlə ilə münasibətini bildirən Lavrov Minsk qrupunun uzun zamandır hər iki münaqişə tərəfinə təklif elədiyi sülh modeli olan Madrid prinsiplərinin adını çəkməyib.

Lavrov sadəcə "Minsk qrupunun digər həmsədr ölkələri ilə bərabər Rusiya da Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşdırılmasına çalışır. Biz münaqişənin üç həmsədr ölkənin prezidentlərinin tərəfdar olduqları prinsiplərin əsasında həllini istəyirik" – deməklə kifaytlənib.

Rusiyalı nazirin çıxışında Dağlıq Qarabağ münaqişəsinə az diqqət ayırması Azərbaycanın Gömrük İttifqı ilə bağlı mövqeyi ilə əlaqələndirilir.

Aynur
AzNews.az