Partiyada görüş

5 Dekabr 2013 14:47 (UTC+04:00)

Bu gün Ümid Partiyasının mərkəzi qərargahında Ümid Partiyası Ali Məclisin sədri Ənvər Ağazadə, partiya sədrinin müavinləri Rüfət Muradlı və Taleh Əliyev Güney Azərbaycan liberal Demokrat Partiyasının sözçüsü Solmaz Bilgin ilə görüşüblər.

Görüşdə Güney Azərbaycandakı vəziyyət, xaricdə Güneylə bağlı fəaliyyətlər, bu yöndə mövcud problemlər və problemlərin həlli yolları, hər iki partiya arasında əlaqələrin genişləndirilməsi və inkişafı müzakirə edilib.

Görüşün sonunda qonaq Ümid Partiyasının güneyli soydaşlarımızın problemlərini daimi diqqətdə saxlaması və səmimi görüş üçün partiya funksionerlərinə öz təşəkkürünü bildirib.

Elman
AzNews.az