Məmmədyarovdan “işarəli“ görüş - FOTO
5 Dekabr 2013 16:31 (UTC+04:00)
Bu gün Kiyevdə ATƏT-in Nazirlər Şurasının 20-ci plenar iclası davam edən zaman Nalbandyan iclasdan çıxıb. AzNews.az-ın iclası işıqlandıran xüsusi müxbirinin verdiyi məlumata görə, ondan sonra Məmmədyarovun işarələrlə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluya nə isə başa salmaq istəməsi jurnalistlərin nəzərindən yayınmayıb. Davudoğlu cavab olaraq ayağa qalxıb və Məmmədyarovla qucaqlaşıb görüşəndən sonra hər ikisi də Nalbandyanın arxasınca iclasdan bir müddətlik çıxıblar. Bu "işarəli" görüşdən sonra Davudoğlu ilə Məmmədyarovun qarşılıqlı görüşü barədə Türkiyə mətbuatında rəsmi məlumat dərc olunub. Xəbərə görə, nazirlər Azərbaycanla Türkiyənin Gürcüstan və İranla apardıqları üçtərəfli əməkdaşlıq, Dağlıq Qarabağ problemi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediblər.
Amma Nalbandyanın da görüşdə olub-olmaması barədə xəbər təsdiqlənməyib.
Aynur
AzNews.az