Kiyevdə Azərbaycan və Serbiya xarici işlər nazirləri görüşdü

5 Dekabr 2013 19:37 (UTC+04:00)
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın xarici işlər naziri İvan Mrkiç ilə görüşüb.

XİN mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin səviyyəsindən, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və iqtisadiyyatın müxtəlif sahələrinə yatırılmış sərmayələrdən məmnunluq ifadə edilib. Tərəflər siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Hər iki nazir Azərbaycan və Serbiyanın ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyin davam etdirilməsi zəruriliyini qeyd edib.


AzNews.az