Ruhanidən Suriyaya azad seçki çağırışı

5 Dekabr 2013 19:41 (UTC+04:00)
Suriya üzrə "Cenevrə-2" sülh konfransı ölkədə azad seçkilərin əsasını qoymalıdır. ANS PRESS "Frans Press"ə istinadən bildirir ki, bu barədə İran prezidenti Həsən Ruhani bu gün İraq baş naziri Nuri əl-Maliki ilə görüşündə deyib.
Məlumat İran prezidentinin saytında yerləşdirilib. "Heç bir ilkin şərt qoyulmadan azad seçkilərin keçirilməsi üçün əsas hazırlanmalıdır", - deyə məlumatda bildirilir. Bundan başqa, Ruhani qeyd edib ki, konfransın məqsədi "Terrorçuların Suriyadan tam çıxarılması" olmalıdır.

Rusiya və ABŞ-ın təşəbbüsü ilə nəzərdə tutulan konfrans yanvarın 22-də keçiriləcək. BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi təmsilçisi Lahdar Brahimi konfransda İran və Səudiyyə Ərəbistanının da iştirak edəcəyini istisna etmir.

AzNews.az