Sərnişin təyyarəsi Madriddə qəza enişi edib

5 Dekabr 2013 21:33 (UTC+04:00)
ABŞ-ın "Delta Air Lines" Avia şirkətinə məxsus olan sərnişin təyyarəsi İspaniyanın paytaxtı Madrid şəhərində qəzalı eniş edib. ANS PRESS-in "RIA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu informasiyanı "Associated Press" agentliyi yayıb.

Mənbə yazır ki, göyərtəsində 200 sərnişin və 11 heyət üzvü olan "Boeing 767-300ER" sərnişin təyyarəsində heç kəs xəsarət almayıb. Avia şirkətin rəsmisi Morqan Darrantın açıqlamasına görə, təyyarənin hidrosistemindəki nazaslıq Madrid aeroportundan qalxandan sonra baş verib.

Xatırladaq ki, sərnişin təyyarəsi Madriddən Nyu-Yorkun Con Kennedi aeroportuna uçurmuş.


AzNews.az