Kərkük terrorun pəncəsində - Video-Fotolar

5 Dekabr 2013 21:54 (UTC+04:00)
İraqın Kərkük şəhərində kəşfiyyat binasına nәzarәti ələ keçirməyə çalışan silahlı bir qrup ilә təhlükəsizlik qüvvәlәri arasında qarşıdurma baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, hadisә nәticәsindә 10 nәfәr (Bəzi məlumatlara görə 15) hәyatını itirib 100-dәn çox insan da yaralanıb.(TRT)

Bomba ilә tәchiz edilmiş bir avtomobillə Kəşfiyyat mәrkәzinin divarını dağıdaraq binaya daxil olan təcavüzkarlar təhlükəsizlik işçilərinә hücum ediblәr. Bir neçә saat davam edәn qarşıdurmadan sonra mәrkәzdәn ayrılan silahlı qrup bu dәfә dә yaxında yerlәşәn bir ticarәt mәrkәzinә daxil olaraq içəridəkilərin girov götürüblәr.

Kərkük valisi bildirib ki, silahlı qrup, saxlanan yoldaşlarını xilas etmәk vә gizli sənədləri ələ keçirmək üçün kәşfiyyat idarәsini, hədəf alıblar.

Musavat.com-a Kərkükdəki mənbələrdən həyəcanlı xəbərlər daxil olmaqdadır. Onlar bildirilər ki, proseslər hələ də dayanmayıb. Türkiyədəki oxucularımızdan biri isə musavat.com-a "Kərkük yanır, niyə Azərbaycan öz soydaşlarına sahib çıxmır, heç olmasa mətbuat kərküklülərin səsini duyurmur", içərikli mesaj yollayıb. Əksəriyyəti etnik kökəncə Azərbaycan türkləri olan kərküklülər daim xain və terrorçu basqınların hədəfində olub.

Musavat.com bu xəbəri yayınlamaqla, bütün həmkarlarını Kərkükə diqqət ayırmağa səsləyir.

Əlavə məlumatlar veriləcək.(Musavat.com)