Taekvondoçumuz Ramin Əzizov qələbə ilə başladı

10 Avqust 2012 13:13 (UTC+04:00)


Azərbaycan taekvondoçuları bu gün London Olimpiadasında mübarizəyə başlayıblar. AzNews.az-ın Apasport.az istinadən verdiyi məlumata görə, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ramin Əzizov püşkə əsasən güclü rəqiblə qarşılaşıb. Həmyerlimiz ilk döyüşünü 2 qat Olimpiya çempionu və bürünc mükafatçısı, eləcə 5 dəfə dünya çempionu, yarışın favoritlərindən sayılan 33 yaşlı amerikalı Stiven Lopesə qarşı keçirib. Rəqibindən 9 yaş kiçik olan Əzizov ilk görüşündə inamlı təsir bağışlayıb.

Belə ki, rəqibin ad-sanından çəkinməyən həmyerlimiz ilk raundda 0:1 hesabı uduzsa da, ardınca növbəti hissədə qalib gəlib – 2:0. Son hissədə isə hər taekvondoçu 1 dəqiq zərbə endirdiyindən bərabərlik qeydə alınıb – 1:1.

Nəticə Əzizov 1/8 final görüşünü 3:2 hesabı ilə xeyrinə bitirib və mərhələ adlayıb. Bu dəfə o, Rəsul Abdulrəhimə (Qırğızıstan) qalib gələn Mauro Sarmiento (İtaliya) ilə üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.


AzNews.az