İranın Qərbi Azərbaycan vilayətində zəlzələ olub

5 Dekabr 2013 23:49 (UTC+04:00)
Dekabrın 5-də axşam saatlarında İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Qərbi Azərbaycan vilayətinin Üşnəviyyə rayonuna təsadüf edib. 2.4 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə saat 18:38-də (Tehran vaxtı ilə 18:29-da) yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Üşnəviyyədən 20 km, Nalusdan 27 km və Silvanədən 33 km uzaqlıqda baş verib.


AzNews.az