Sevinc Musayeva: “Klipə 20 min manat xərcləmərəm”
6 Dekabr 2013 08:30 (UTC+04:00)
Milli estrada ifaçıları arasında səs tembrinə görə seçilən Sevinc Musayevə yeni klip çəkdirib.
Avropa üslubunda ərsəyə gələn "Yalvarma"mahnısının görüntüləri HD keyfiyyətdə Slow mothion effektindədir.
AzNews.az xəbər verir ki, mahnının musiqisi Minayə xanımın, sözləri Yunus Oğuzundu. Müğənni klip sarıdan özünü şanslı hesab edir: "Heç vaxt klipə 20 min manat xərcləmərəm. Bu məbləğə 4-5 yaxşı klip çəkdirmək mümkündü. Fikrimcə, klip dünya bazarına çıxmırsa, ona fantastik məbləğ ödənilməsinin önəmi yoxdur. 20 min manata yaxşı mahnılar yazdırıb, albom çıxarmaq daha məqsədəuyğun olar".
Klipin effektinə görə, Türkiyə kanallarına çıxmaq şansı var. Özünəməxsusluğu ilə seçilən Sevinc Musayeva kliplərindəki obrazlarında təqlidə yol vermədiyini vurğulayıb.
Bahar
AzNews.az