Ağcabədidəki atışmanın səbəbi bəlli oldu: Boşanma (Yenilənib- 2)

6 Dekabr 2013 11:06 (UTC+04:00)
AzNews.az-a Agcabədinin Avşar kəndidə sakinlərə avtomatdan atəş açan şəxsin kimliyi ilə bağlı ilkin məlumat daxil olub.

Məlumata görə, atəş açan şəxs royonda böyük nüfuza malik olan Kərim adlı rayon sakininin qardaşı oğlu olub.

Hadisə baş verən kəndə Baş Prokururluğun nümayəndəsinin də gəldiyi bildirilir.

Qeyd edək ki, APA-nın məlumatına görə, qəsəbə sakini Cahid Hacıbala oğlu Tağıyev 17 il evli olduğu həyat yoldaşı Aytəkin Rəxşənd qızını övladları olmadığına görə atasının evinə göndərib.

Bu hadisədən sonra qadının xalası oğulları, Roman Azər oğlu Aslıxanov və Mirzəli Şirin oğlu Şirinov C. Tağıyevin evinə gələrək evi avtomatla atəşə tutublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

***
11:53

Toyundan qaçan qızın kəndində silahlar işə düşdü


Ağcabədinin Avşar kəndində ailə münaqişəsi zəminində daha bir qalmaqallı hadisə baş verib.

Naməlum şəxslər tərəfindən kənd sakinləri atəşə tutulub.

İnsidentlə bağlı AzNews.az-a danışan kəndin sahə müvəkkili Elşən Hüseynovun sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Sahə müvəkkili bildirib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur:

"İlkin məlumatlara görə kənddə boşanma hadisəsi olub. Hadisə də məhz bu səbəbdən baş verib. Hazırda hadisə yerində araşdırma aparılır. Təfərrüatlar bu araşdırmadan sonra məlum olacaq".

Qeyd edək ki, bir müddət əvvəl kənd sakini olan gənc qız toydan qaçdığına görə ölkə mətbuatının diqqəti Avşar kəndinə yönəlmişdi.

Azər
AzNews.az


***
11:20

Bu gecə Ağcabədinin Avşar kəndində naməlum şəxslər tərəfindən kənd sakinləri atəşə tutulub.

Kənddə iki evə avtomatla atəş açılıb.

Ərazidə çoxlu sayda giliz tapılıb. Polis, prokurorluq və digər hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.(anspress)