Ağcabədidəki silahlı insidentlə bağlı Rəsmi məlumat

6 Dekabr 2013 12:45 (UTC+04:00)
Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, rayonun Avşar kənd sakini Cavid Tağıyevin həyat yoldaşı Aytəkini boşaması ilə əlaqədar dekabrın 6-da saat 02 radələrində onun evinə gəlib və bu zaman onun həyat yoldaşının qohumları Mirzəli Şirinov və Roman Atlıxanovla aralarında münaqişə baş verib.

M.Şirinov və R.Atlıxanov gedərkən C.Tağıyevin və onun qonşusu Nizami Xanəliyevin evlərinə avtomat silahdan atəş açıblar.

Nəticədə ölən və xəsarət alan olmayıb, hər iki evin pəncərə şüşələri sınıb.

AzNews.az