Əkrəm Əylisli: “Anarla aramızdan qara pişik keçib”

6 Dekabr 2013 13:04 (UTC+04:00)
Bu gün Azərbaycanın tanınmış yazıçısı Əkrəm Əylisinin ad günüdür.

"Daş yuxuları"na görə bütün titulları əlindən alınan yazıçı AzNews.az-a açıqlamasında doğum günündə evdən çıxmayacağını bildirib.

Ad gününü ailəsi ilə bir yerdə keçirməyə qərar verən yazıçı umduğu dostlarından çoxlu təbrik aldığını da gizlətməyib:

"Çoxlu zənglər almışam və bu təbriklər gəlməkdədir. Amma onların adlarını deməyə lüzum yoxdur. Anar müəllimə gəldikdə, onunla aramızda təbrik məsələsi çoxdandır ki, bitib, yoxdur. Biz köhnə dostlar olmuşuq. Amma 20 ildir ki, o dostluğun arasından qara pişik keçib".

Yazıcı vurğulayıb ki, müxalifət tərəfdən də onu yad edənlər var.

Amma Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovdan hələ təbrik zəngi almayıb:

"Rüstəm müəllimlə hələ telefonda danışmamışıq. Amma Cingiz Hüseynov İsraildədir, ondan təbrik zəngi aldım. Sağ olsun".

Xatırladaq ki, yazıçının 76 yaşı tamam olur.

Bahar Rüstəmli
AzNews.az