Çempionlar Liqasında püşk atıldı

10 Avqust 2012 14:18 (UTC+04:00)


Bu gün Çempionlar Liqasında (ÇL) son təsnifat mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyondakı mənzil-qərargahında atılan püşk Türkiyə və Rusiyanın vitse-çempionlarını bir-birinə rəqib edib. Bununla da "Fənərbaxça" qrupa düşmək üçün Moskva "Spartak"ını mübarizədən kənarlaşdırmalıdır.

"Neftçi"nin yolunu kəsən İsrailin "Hapoel" klubu yenə postsovet məkanı təmsilçisi ilə qarşılaşacaq. Fərq ondadır ki, budəfəki rəqibi Belarusun BATE klubu özündən fərqli ÇL-nin qrup mərhələsində oynamaq təcrübəsinə malikdir.


Çempionlar


"Bazel" (İsveçrə) - ÇFR (Rumıniya)

"Helsinqborq" (İsveç) -"Seltik" (Şotlandiya)

BATE (Belarus) - "Hapoel" (Kiryat-Şmona, İsrail)

AEL (Kipr) - "Anderlext" (Belçika)

"Dinamo" (Xorvatiya) - "Maribor" (Sloveniya)


Qeyri-çempionlar


"Lill" (Fransa) - "Kopenhagen" (Danimarka)

"Spartak" (Moskva, Rusiya) - "Fənərbaxça" (Türkiyə)

"Braqa" (Portuqaliya) - "Udineze" (İtaliya)

"Malaqa" (İspaniya) - "Panatinaikos" (Yunanıstan)

"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Dinamo" (Ukrayna)

Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 21-22-də və 28-29-da keçiriləcək.


Emin Abbasov

AzNews.az