Mehriban Vəzir: “Vətən yaddan çıxıb”
6 Dekabr 2013 21:40 (UTC+04:00)
"İctimai Palata ilə Milli Şura təxminən eyni funksiyalı, eyni məqsədli qurumlara çevriliblər".
Bunu AzNews.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir deyib.
O qeyd edib ki, hazırkı vəziyyətdə Milli Şura fəaliyyətinə və mövcudluğuna görə daha aydın görünür: "Hazırda kiminə İctimai Palata, kiminəsə Milli Şura sərf edir. Vətən isə yaddan çıxıb".
Bahar Rüstəmli
AzNews.az