Britaniyadan Suriya müxalifətinə 6.3 milyon avroluq yardım

10 Avqust 2012 14:10 (UTC+04:00)

Britaniya Suriya silahlı
müxalifətinə 6.3 milyon avro vəsait ayırmaq qərarına gəlib. Həmin vəsaitin komunikasiya
vasitələri və tibbi ləvazimatların alınması üçün nəzərdə tutulduğu bildirilir. AzNews.az
Britaniya mətbuatına istinadən xəbər verir ki, yardımda əsas məqsəd silahlı müxalifəti
gücləndirmək və Əsəd rejiminin devrilməsinə nail olmaqdır. Britaniya xarici işlər
ofisinin rəhbəri Viliam Haq bildirib ki, onlar son zamanlar silahlı müxalifətlə,
xüsusiylədə Azad Suriya Ordusu ilə təmasları artırsalarda müxalifətə silah yardımı
etməyiblər. Haq həmçinin bildirib ki, "onlar diplomatiyanın çarxının nə vaxt dönəcəyini
gözləyə bilməzlər çünki Suriya xalqı əzilir və onlara real kömək lazımdır".
Haq
yardımın tərəf tutmaq və vətəndaş müharibəsini qızışdırmaq kimi qiymətləndirilməsinin
də əlehinə çıxıb və bildirib ki, "biz sadəcə Əsəd rejiminə qarşı xalqın birləşməsimnə
kömək edirik".



Sadiq

AzNews.az