Lənkəranda tikili yanıb

6 Dekabr 2013 19:13 (UTC+04:00)
Lənkəranda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 6-da saat 17.30 radələrində rayonun Boladi kənd sakini, 1961-ci il təvəllüdlü Baxşəli Lətif oğlu Axundova məxsus tövlədə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə ümumi sahəsi 120 kv.m olan tövlənin 70 kv.m ərazisi və 600 ədəd ot bağlaması yanıb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az