“Facebook”-da 2,5 milyon dəfə paylaşılan şəkil

10 Avqust 2012 15:19 (UTC+04:00)


ABŞ-da xəstə itinin ağrılarını kəsmək üçün onu hər axşam göldə qucağında yatırdan Con Yungerın fotoşəkili "Facebook" sosial şəbəkəsində 2,5 milyon adam tərəfindən paylaşılıb. ABŞ-ın Viskonsin əyalətində yaşayan Con Yunger körpə vaxtından götürdüyü iti Şroep xəstələnincə bütün insanlara nümunə olacaq bir davranış sərgiləyib.

O, oynaq iltihabından əziyyət çəkən itinin ağrılarının keçməsi üçün hər axşam gölə girir. 19 ildir itindən bir an olsun ayrılmayan Yunger iti 8 aylıq olarkən ona əziyyət edən birinin əlindən alıb. O, bildirib ki, mən bu iti gətirən zaman depresiyada idim. Bu it məni vəziyyətdən çıxartdı.İndi eyni öhdəlik mənim üzərimə düşür".


Səadət Abbaslı

AzNews.az