Sərhədi yük yerində keçmək istədi
6 Dekabr 2013 22:21 (UTC+04:00)
Rusiyada avtomobilin yük yerində sərhəddi keçmək istəyən azərbaycanlı saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Çelyabisk vilayətinin Troiçkovo rayon məhkəməsinin mətbuat xidməti bu gün məlumat yayıb.
Azərbaycan vətəndaşı qeyri-qanuni yolla sərhəddi keçərək Rusiyaya getmək üçün Rusiya vətəndaşları ilə razılaşıb. İki nəfər Rusiya vətəndaşı onu maşının yük yerində Uy çayı üzərindəki keçiddən sərhəddi keçirməyə cəhd edib. Lakin sərhədçilər tərəfindən işin üstü açılıb.
Qeyri-qanuni miqrasiya təşkil etməyə görə hər iki Rusiya vətəndaşına əmək haqqının 10%-i dövlətin xeyrinə tutulmaqla 6 ay islah işləri cəzası verilib. Hər iki şəxs təqsirini boynuna alıb.
AzNews.az