Yeni planet tapıldı

7 Dekabr 2013 08:44 (UTC+04:00)
Günəş sisteminin ən böyük planeti olan Yupiterdən 11 dəfə böyük yeni planet tapılıb. "HD 106906 b" adlandırılan nəhəng göy cismi bir ulduzun sistemindədir.

ABŞ-ın Arizona universitetinin elm adamlarının araşdırmasına görə, "HD 106906 b" Dünyadan 299 işıq ili uzaqlıqdadır. "HD 106906 b" nəhəngliyi və ulduzu ilə arasındakı böyük məsafəyə görə təəcüb yaradıb. Belə ki, bu məsafə yerlə günəş arasındakından 650 dəfə çoxdur.

4,5 milyard il yaşı olan dünya ilə müqayisədə yeni planet gəncdir. Onun cəmi 13 milyon il yaşı var. "HD 106906 b" yaranması mərhələsindəki hərarətin bir hissəsini qoruyur. İsti səhtə sahib olan planet ətrafına gözəgörünməz qızılı işıq saçır. (anspress)