“Qanuni oğru”lar Rusiyadan çıxarıldı - DEPORTASİYA

7 Dekabr 2013 11:08 (UTC+04:00)

Rusiyada saxlanılan iki "qanuni oğru" Moskvadan Tbilisiyə deportasiya edilib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, deportasiya edilənlər gürcü "qanuni oğru"lar - 42 yaşlı Mamuka Çkadua və 35 yaşlı Qizo Kardavadır.

Onların deportasiya edilməsi barədə qərarı Moskvanın Xomovniçeski məhkəməsi verib. Hər iki "qanuni oğru" noyabrın 19-da restoranda saxlanılıb.

Onların Rusiya ərazisində qanunsuz yaşadığı məlum olub.

Deportasiyaya qədər isə hər iki "qanuni oğru" Moskvanın şimalında qanunsuz miqrantlar üçün nəzərdə tutulan mərkəzdə qalıblar.

Elnur
AzNews.az