Saakaşvili müxalifət liderləri ilə görüşdü- VİDEO

7 Dekabr 2013 11:31 (UTC+04:00)
Ukraynada keçirilən etiraz aksiyalarına dəstək vermək üçün Kiyevə gələn Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifət liderləri ilə görüşüb.

AzNews.az-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, sabiq prezident Ukrayna müxalifətinin lideri Kliko qardaşları ilə görüşüb.

Xatırladaq ki, Saakaşvili Ukraynaya Avropa Parlamentinin prezidenti və bir sıra parlamentarilərlə birgə gəlib. Nümayəndə heyəti Ukrayna prezidenti Viktor Yanukoviçlə də görüşüb.



Aynur
AzNews.az