“Yarım tonluq qatil” - FOTOSİLSİLƏ

7 Dekabr 2013 16:10 (UTC+04:00)

500 kilo çəkisi ilə dünyanın yaşayan ən ağır qadını kimi rekordlar kitabına düşən Mayra Rosales arıqlayaraq çəkisini 181 kiloya endirə bilib.

AzNews.az xəbər verir ki, 32 yaşındakı qadın hədəfinin 100 kiloya düşmək olduğunu bildirib.

Mayra Rosales 2008 –ci ildən bəri müalicə olunaraq daha sonra idman və pəhrizə başlayıb.

2008-ci ildə o, qardaşının 2 yaşlı oğlununu üstünə çıxılaraq onun ölümünə səbəb olub. Bundan sonra cinayət ittihamı ilə məhkəmə qarşısına çıxarılan qadın o zaman "yarım tonluq qatil qadın" adı ilə tanınırdı.

Məhkəmə qadının günahsız olduğuna dair qərar çıxardıqdan sonra arıqlamağa qərar verən Mayra 5 ildə 275 kilo arıqlamağa müvəffəq olub.

Elnur
AzNews.az