Sabirabadda silah-sursat tapıldı

7 Dekabr 2013 11:43 (UTC+04:00)
Azərbaycanda silah-sursat tapılıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, silah-sursat rayonun Cavad kəndinin ərazisində aşkarlanıb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 1 "AKM" silahı, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, 4 qumbara, iki ədəd alışdırıcı, 124 ədəd patron və 2 patron darağı aşkarlanıb.


AzNews.az