Əsgərlər 2 şəhəri işğaldan azad etdi- FOTO

7 Dekabr 2013 20:30 (UTC+04:00)
Fransa ordusunun 800 nəfərdən ibarət hərbi kontingenti Mərkəzi Afrika Respublikasının qərbində yerləşən Kantonyer və Byar şəhərlərini üsyançıların əlindən geri alıb.

BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə bu ölkəyə yardıma gələn fransız əsgərləri paytaxt Banqidən başlayaraq ölkənin daxilində üsyançıların əlinə keçmiş şəhər və kəndləri geri qaytarmağa başlayıblar.

Xatırladaq ki, Mərkəzi Afrika Respublikasında xristianlarla müsəlmanlar arasında baş verən qanlı toqquşmalarda 400 mindən çox insan öz evlərini tərk edib. (anspress)