Avropa İttifaqından ukraynalı məmurlara QADAĞA
7 Dekabr 2013 21:38 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Ukrayna prezidenti Viktor Yanukoviç 30 niyabr tarixində Avromeydanda tələbələri döyənləri cəzalandırmasa, Avropa İttifaqı bəzi Ukrayna məmurlarına öz ərazisinə daxil olmağı qadağan edəcək.
Bunu Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin sədri Elmar Brok bildirib.
Onun sözlərinə görə, Yanukoviç günahkarları cəzalandırmalıdır:
"Aqresivlik mütləq cəzasını almalıdır. Əgər onlar cəzalandırılmasa, o zaman bunun məsuliyyətini daşıyanlar Avropa İttifaqına gələ bilməyəcək. Bizim mövqeyimiz budur. Avropa İttifaqına gənclər gəlməlidir, kriminallar yox".
Qeyd edək ki, gələn həftə Avropa Parlamenti Ukraynadakı vəziyyətlə bağlı qətnamə qəbul edəcək. Bu barədə məlumatı Avropa Parlamentinin başqa bir nümayəndəsi- Xose İqnasio Salafranka verib.
Elnarə
AzNews.az