Maşın radara çırpıldı, bir nəfər öldü- FOTO

8 Dekabr 2013 23:35 (UTC+04:00)
Bu gün axşam saatlarında Qaradağ rayonunda Qobustan-Ələt magistral avtomobil yolunda Daşgül qəsəbəsi ərazisində bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın xəbərinə görə, 1979-cu il təvəllüdlü İsgəndərov İsgəndər Yurdçu oğlunun idarə etdiyi "VAZ-2106" markalı 10-DS-776 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı radar dirəyinə çırpılıb. Maşındakı sərnişin, 1965-ci il təvəllüdlü Babayev Əsgər Minbər oğlu hadisə yerində ölüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu gəlib. Onlar maşında sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq, aidiyyatı üzrə təhvil veriblər.

Hadisə ilə bağlı FHN-nin rəsmi saytı da məlumat yayıb.


AzNews.az