Erməni və türk aktyordan qəribə dünya rekordu

9 Dekabr 2013 09:16 (UTC+04:00)

Tiflisdə erməni və türk aktyor bir-birinin əlini sıxmaqla dünya rekordu qazanıb.

AzNews.az xəbər verir ki, 35 yaşlı türk aktyor Dəniz Barış və 32 yaşlı erməni aktyor Oqanes Adcinyan "The Longest Handshake" aksiyası çərçivəsində iki ölkə arasında dostluğu nümayiş etdirmək üçün bu aksiyaya qatılıb. 43 saat bir-birinin əlini sıxan iki aktyorun aksiyası diqqət çəkib.

Aksiya erməni və türk iş adamlarının birgə təşəbbüsü ilə keçirilib.

Qeyd edək ki, bundan əvvəl rekord Nepalın iki vətəndaşına məxsus olub. Onlar 2011-ci ildə 42 saat 35 dəqiqə bir-birinin əini sıxaraq rekord qazanıb.

Elnarə
AzNews.az