RİTN-dən yeni elektron xidmət

9 Dekabr 2013 10:16 (UTC+04:00)

Bundan sonra "AzDataCom" internet xidmətinə qoşulmaq üçün elektron sifariş verə bilər.

Bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) növbəti elektron xidməti istifadəçilərin ixtiyarına verməsi nəticəsində mümkünləşib.

AzNews.az-a Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "AzDataCom internet xidmətinə qoşulma üçün sifariş" adlı elektron xidməti "Elektron Hökumət" (www.e-gov.az) portalına inteqrasiya edilib.

Bu xidmət vasitəsilə vətəndaş Xidmətdən yararlanmaq üçün istifadəçi "Elektron Hökumət" portalına giriş etdikdən sonra RİTN-in sözügedən elektron xidmətinə daxil olmalıdır.

Daha sonra telefon nömrəsini tələb olunan xanaya yazaraq açılan səhifədə xidmət növünü (kb/s) seçməklə "AzDataCom" internet xidmətinə qoşulmaq üçün sifariş verə biləcək. Qeyd edək ki, sifariş qəbul edildikdən sonra istifadəçi ilə telefon vasitəsilə əlaqə saxlanılır.

Ruhiyyə
AzNews.az