“RİA Novosti” ləğv olundu- Prezident sərəncamı

9 Dekabr 2013 11:00 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin "RİA Novosti" informasiya agentliyinin ləğv olunması haqqında sərəncam imzalayıb.


APA-nın verdiyi məlumata görə, prezidentin sərəncamına əsasən, "RİA Novosti" informasiya agentliyi ləğv olunaraq onun bazasında "Rossiya seqodnya" (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır.

Sərəncamda yeni yaradılacaq informasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq olduğu yazılıb. "Rossiya seqodnya"nın baş direktoru Rusiya prezidenti tərəfindən vəzifəyə təyin olunacaq. Agentliyin binası hazırda "RİA Novosti"nin yerləşdiyi bina kompleksi olacaq.


AzNews.az