60 milyon avroluq toy İspaniyanı ayağa qaldırdı- FOTOSİLSİLƏ

9 Dekabr 2013 11:24 (UTC+04:00)
İspaniyanın Barselona şəhərində dünyaca məşhur hindli Mittal ailəsinin keçirdiyi toy ölkədə böyük qəzəbə səbəb olub.

Sənayeçi "Arcelor Mittal" firmasının başqanı Lakşmi Mittalın 26 yaşındakı qohumu Shristinin toyu üçün böyük mərasim təşkil edilib.

AzNews.az xəbər verir ki, toy üçün "Arts Hotel" kirayələnib. Ümumiyyətlə isə toya 60 milyon avro xərclənib.

Toy mərasimində qonaqların qəbulu üçün muzeyin kirayələnməsi isə ispan xalqının qəzəbi ilə qarşılanıb. Xristian tarixinin məşhur əsərlərinin sərgiləndiyi muzeydə toy dəvətlilərinin qəbul mərasiminin keçirilməsinə etiraz edən ispaniyalılar Mittal ailəsindən açıqlama tələb ediblər.

"Europa Press" agentliyinə açqılama veərn Mittal ailəsi isə "Pul ilə hər şeyi satn almaq olar" cavabını verib və bu açıqlama qəzəbi daha da coşdurub.

Qeyd edək ki, Mittal ailəsinin daha bir üzvü Vartika Mittal da bunabənzər bir mərasimlə 2011-ci ildə İstanbulda evlənib.

Türkiyədəki toy Çırağan Sarayında keçirilmişdi.
Xatırladaq ki, Lakşmi Mittalın 31.1 milyard dollar sərvəti var.

Elnarə
AzNews.az