Zaur Baxşəliyev və Günay Qələndərli birliyi ayrılacaqmı? – Eksklüziv

10 Avqust 2012 19:19 (UTC+04:00)


"Azad Azərbaycan" Teleradio yayım Şirkətində yeni telelayihə start götürür. AzNews.az-ın əldə etdiyi məlumata görə, "Onun yarısı" verilişinin aparıcıları Zaur Baxşəliyev və Günay Qələndərli növbəti mövsümdə tamaşaçıların qarşısına yeni "Ümid var" adlı layihə ilə çıxacaqlar.
Layhənin rəhbəri Nəmənd Rüstəmovdan aldığımız məlumata görə, ehtimal ki, Zaur Baxşəliyev verlişi Günaysız təqdim etsin.

Layihədə araşdırma xarakterli sujetlərə yer veriləcək və daha sonra bu kadrlar qonaqlarla müzakirə olunacaq. Verilişdə ailə, cəmiyyət problemləri işıqlandırılacaq.

Elza

AzNews.az