Manaf Ağayev 7 min manat istəyir

9 Dekabr 2013 13:53 (UTC+04:00)
"Mən Manaf Ağayevəm. Mənə yaraşmaz ki, maşınımı əzən şəxsi polisə verəm".

Bunu AzNews.az-a bir neçə gün əvvəl maşınının əzilməsinə münasibət bildirən müğənni Manaf Ağayev deyib.

Onun sözlərinə görə, "Lexsus" markalı avtomobilin təmirinə 7 min manat lazımdır.

Amma maşını o vəziyyətə salanlar həmin məbləği vermək istəmir: "7 min lazımdır. Qarşı tərəf də vermək istəmir. Hələ ki, sülh yolu ilə danışırıq".

Xatırladaq ki, bir neçə gün öncə Bakının Azadlıq prospektində, Yeni Həyat klinikasının yaxınlığında hündürmərtəbəli yaşayış binasının dam örtüyünün uçması nəticəsində müğənni Manaf Ağayevin "Lexsus" markalı avtomobilinə ciddi ziyan dəyib.

Bahar
AzNews.az